Sumqayıtdan H.Z. Tağıyev qəsəbəsinə gedən yolda avtoqreyder aşıb. Bu haqda Sumqayıt24-ə bu gün, 26 noyabr saat 15:20 rədələrində məlumat daxil olub.
Hadisə “Sumqayıt dairəsi”nin yaxınlığında qeydə alınıb. Belə ki, "Dayman" vasitəsilə daşınan avtoqreyder yolun üzərinə aşıb. Bu səbəbdən həmin yolda avtomobillərin hərəkəti 25-30 dəqiqə müddətində məhdudlaşdırılmışdır.
Əraziyə cəlb olunan qaldırıcı kran, texnikanı yenidən "Dayman"ın üzərinə yerləşdirib.[modula id="8668"]