H.Z. Tağıyev qəsəbəsində iki avtomobil toqquşub. Sumqayıt24-ə bu haqda 17 iyun tarixində xəbər daxil olub.
Hadisə dünən axşam saatlarında, “Azertexnolayn” şirkəti ilə üzbəüz yolda baş verib. “Qaz 24” markalı avtomobil sağ tərəfdən “Renault” markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə hər iki avtomobilə ziyan dəyib.
Məlumata görə, xəsarət alan olmayıb.