Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yanğın baş verib.
Sumqayit24.az xəbər verir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində bir dam altında tikilən 15 boksdan ibarət qarajın dam örtüyündə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə zamanı ümumi sahəsi 1500 kv.m. olan qarajın dam örtüyünün taxta atmaları 200 kv.m. sahədə yanıb. Tikilinin böyük hissəsi Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən mühafizə olunub.