top
İşləmək imkanlı olmaq demək deyil – təhsil kreditləri ilə bağlı yeni təklif
11 sentyabr 2026, 17:47
- ↺ +

"İşləmək imkanlı olmaq demək deyil" – təhsil kreditləri ilə bağlı yeni təklif

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisin Elm və təhsil komitəsinin yeni tədris ilində keçirilən ilk iclasında təhsil tələbə kreditləri ilə bağlı mühüm məsələyə diqqət çəkilib.

Sumqayit24.az xəbər verir ki, Sumqayıt şəhərinin deputatı Elnarə Akimova çıxışında sosial statuslu təhsil tələbə kreditlərinin verilməsi meyarlarının təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Millət vəkili bildirib ki, təhsil sahəsində qəbul olunan hər bir qərarın arxasında konkret insan taleyi, bir ailənin ümidi və bir gəncin gələcəyi dayanır. Bu baxımdan mövcud mexanizmlər yalnız formal meyarlarla deyil, insanların real sosial vəziyyəti nəzərə alınmaqla qiymətləndirilməlidir.

Elnarə Akimovanın fikrincə, sosial təhsil kreditlərinə çıxış zamanı valideynin işləyib-işləməməsinin əsas meyarlardan biri kimi götürülməsi bəzi hallarda real mənzərəni tam əks etdirmir:

"Valideynin işləməsi heç də həmişə ailənin maddi imkanlı olması demək deyil. Hər iki valideyni işləyən, lakin əldə etdikləri gəlir ailənin bütün zəruri ehtiyaclarını qarşılamağa kifayət etməyən ailələr də var".

Belə ailələrdə kirayə haqqı, kommunal ödənişlər, ərzaq, müalicə xərcləri və digər gündəlik tələbatlarla yanaşı, bəzən bir neçə övladın eyni vaxtda təhsil alması ailə büdcəsinə ciddi yük gətirir. Bu halda valideynlərin işləməsi onların övladlarının təhsil haqqını rahatlıqla ödəyə bilməsi anlamına gəlmir".

Deputat hesab edir ki, sosial təhsil kreditlərinin müəyyənləşdirilməsi zamanı "işləyən valideyn – imkanı olan ailə" yanaşması əvəzinə, "ailənin real gəliri - sosial yükü – tələbənin təhsil ehtiyacı" prinsipi əsas götürülməlidir.

O, xüsusilə vurğulayıb ki, təklif bütün işləyən valideynlərin övladlarına avtomatik şəkildə sosial statuslu kredit verilməsi deyil:

"Əsas məqsəd real ehtiyacı olan ailələri daha dəqiq müəyyənləşdirən, ünvanlı və ədalətli mexanizm formalaşdırmaqdır.

Bu məqsədlə ailənin adambaşına düşən gəliri, ailə üzvlərinin sayı, himayədə olan uşaqların sayı, eyni ailədən təhsil alan tələbələrin sayı və digər sosial göstəricilərin nəzərə alınması təklif edilir.

Beləliklə, valideynləri işləyən, lakin ailənin real gəliri müəyyən edilmiş həddən aşağı olan tələbələrin də güzəştli təhsil krediti imkanından yararlanması mümkün ola bilər".

Deputatın sözlərinə görə, xüsusilə orta gəlirli, lakin övladının təhsil xərclərini qarşılamaqda çətinlik çəkən ailələr üçün əhəmiyyətli dəstək olacaq.

Diqqət çəkən əsas məqamlardan biri isə təhsil kreditlərinə yalnız sosial yardım kimi deyil, insan kapitalına qoyulan investisiya kimi yanaşılmasıdır.

"Bu gün bir gəncin təhsilini davam etdirməsinə yaradılan imkan sabah onun ixtisaslı mütəxəssis kimi cəmiyyətə və dövlətə verəcəyi töhfə ilə özünü doğruldur", – deyə E.Akimova qeyd edib.

Deputat Elm və təhsil komitəsinin aidiyyəti qurumlarla birlikdə məsələnin öyrənilməsini, mövcud sosial meyarların təkmilləşdirilməsi imkanlarına baxılmasını təklif edib.

Onun fikrincə, əsas məqsəd elə bir mexanizm yaratmaqdır ki, ailəsi işlədiyi üçün sosial dəstəkdən kənarda qalan, amma əslində təhsil haqqını ödəməkdə ciddi çətinlik yaşayan istedadlı gənclər də dövlətin yaratdığı imkanlardan yararlana bilsinlər:

"Çünki təhsildə sosial ədalət yalnız valideynin işsiz olub-olmaması ilə ölçülə bilməz. Bəzən işləyən ailənin də övladının təhsilini davam etdirməsi üçün dövlət dəstəyinə ehtiyacı olur. Və belə hallarda dövlətin verdiyi dəstək sadəcə bir ailənin büdcəsinə yardım deyil – bir gəncin gələcəyinə, ölkənin insan kapitalına və cəmiyyətin sabahına qoyulan sərmayədir".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin dördüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtdan Qarabağa uzanan istehsal xətti

Bütün xəbərlər
Dünən, 17:26

Sumqayıtda istirahət günü hava yağmursuz ola bilər

İdman
Dünən, 16:50

"Sumqayıt" "Qəbələ"yə qarşı uğurlu seriyasını davam etdirə biləcəkmi? - STATİSTİKA

Bütün xəbərlər
Dünən, 16:19

Sumqayıtda günlərdir aşan ağacdan şikayət

Bütün xəbərlər
Dünən, 15:30

Sumqayıtlı şəhid baş leytenantın xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 14:41

Sumqayıtda təhlükəli quyunun üzəri bağlandı

Bütün xəbərlər
Dünən, 13:45

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında maşın yandı

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda kommunal qəza - sakinlər tədbir gözləyir

Bütün xəbərlər
Dünən, 12:20

Azərbaycanda ov mövsümü başladı

Bütün xəbərlər
Dünən, 11:14

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 10:42

Bu gün yanğınsöndürənlərin peşə bayramıdır

İdman
Dünən, 09:53

"Sumqayıt" bu gün meydana çıxır: rəqib "Qəbələ"dir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın intensiv istifadə olunan ərazisi "qaranlığa məhkum olub"

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:30

Sumqayıtda kanalizasiya daşır, sakinlərə "üstündən tullanın" deyilir?  - İDDİA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:07

Sumqayıt şəhərində uşaqlarda müşahidə olunan dərman reaksiyası ilə bağlı açıqlama

Bütün xəbərlər
09 oktyabr 2026, 17:38

Ceyranbatanda yaşayış binasında YANĞIN

Bütün xəbərlər
09 oktyabr 2026, 17:30

Sumqayıtda binanın zirzəmisini zibilxanaya çeviriblər

İdman
09 oktyabr 2026, 17:30

Atasının rəqibi oğlunun uğuruna töhfə verdi: Elxan və Ömər Rəcəbli karyeralarının bilinməyən paralelləri

İdman
09 oktyabr 2026, 17:25

"Sumqayıt" FK-dan Nihad Əhmədzadə ilə bağlı yeni qərar

Bütün xəbərlər
09 oktyabr 2026, 17:02

Sumqayıtda qanunsuz tikinti dayandırıldı – AÇIQLAMA

Bütün xəbərlər
09 oktyabr 2026, 16:35

Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

Oxşar xəbərlər