Sumqayıtda dərmandan zəhərlənmə hadisəsi qeydə alınıb.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Aysel Baxşəliyeva yaşadığı evdə hamiləliyini pozmaq üçün dərman qəbul edib. Amma onun qəbul etdiyi dərman zəhərlənməsinə səbəb olub.
Xəstəxanaya yerləşdirilən A.Baxşəliyevanın vəziyyəti qənaətbəxşdir.
Əsmər Sənani