top
Heç kimin dudkası ilə oynama - Sumqayıt məktəbində QALMAQAL
19 noyabr 2025, 10:30
- +

"Heç kimin "dudkası" ilə oynama" - Sumqayıt məktəbində QALMAQAL

Sumqayıt şəhəri 37 nömrəli tam orta məktəbdə ciddi maliyyə pozuntuları və qanunsuz fəaliyyətlərlə bağlı narazılıqlar artmaqdadır.

Bakunews.az-ın məlumatına görə, təhsil ocağının idman müəllimi və eyni zamanda Həmkarlar İttifaqı sədri Elgün Quliyev tərəfindən bir qrup müəllim adına maddi yardım ərizələrinin yazıldığı iddia olunur. 

Müəllimlər bildirirlər ki, guya maddi vəziyyətlərinin ağır olması bəhanəsi ilə dörd nəfərin adına ərizə tərtib edilib və hər birinin hesabına 50 manat olmaqla ümumilikdə 200 manat vəsait köçürülüb: 

"Lakin həmin vəsaitlər müəllimlərin özlərinə çatmayıb, direktor müavini Zöhrə Qurbanova və məktəbin hazırkı "direktoru" kimi çıxış edən Elşad Eyvazov tərəfindən mənimsənilib". 

İddialara görə, Elşad Eyvazov bu məsələ ilə bağlı suallara "hara istəyirsiniz müraciət edin, mən deyəcəyəm ki, Elgün bunu mənim xəbərim olmadan edib" cavabını verib.

Qeyd edilməlidir ki, ötən il Elm və Təhsil naziri cənab Emin Əmrullayevin əmri ilə Elşad Eyvazovun direktor vəzifəsinə xitam verilib. Buna baxmayaraq, o, 2025–2026-cı tədris ilində "təşkilatçı" vəzifəsi adı altında yenidən məktəbə qayıdıb. 69 yaşı tamam olmuş Eyvazovun hazırda qanunsuz şəkildə direktor otağında əyləşərək gündəlikləri öz imzası və möhürü ilə "direktor" kimi təsdiqlədiyi bildirilir.

Hazırda məktəbdə direktor əvəzi kimi Zöhrə Qurbanova fəaliyyət göstərir. Lakin müəllim kollektivi iddia edir ki, o, Elşad Eyvazovla birləşərək məktəbdə qanunsuz maliyyə əməliyyatlarına və daxili idarəetmədə özbaşınalığa yol verir.

Hadisələrlə bağlı daha ciddi rezonansa səbəb olan məqam isə UBTR vəzifəsini icra etmiş bir xanım müəllimənin gecə saatlarında Elşad Eyvazov tərəfindən WhatsApp vasitəsilə təhqir və hədə-qorxu dolu səs yazıları almasıdır.

 

Elgün Quliyevin korrupsiya iddialarının səs yazısı ictimaiyyətdə geniş əks-səda doğurub. İddialara əsasən, bu səs yazısından sonra o, hazırkı direktor səlahiyyətlərini icra edən Zöhrə Quliyeva ilə birlikdə həmin xanım müəlliməyə qarşı təhdid və təhqir hücumlarına başlayıblar.

 

Sumqayit24.az tərəfindən məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb. 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:40

Sumqayıtda sabah külək güclənəcək

Bütün xəbərlər
Bu gün, 16:59

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?

İdman
Bu gün, 15:55

"Sumqayıt" amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Bu gün, 15:04

Sumqayıtda yeni asfaltın ömrü uzun sürmədi - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
Bu gün, 14:29

Sumqayıtda xəstəxana 11 milyon manata təmir olunacaq

Bütün xəbərlər
Bu gün, 13:55

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:12

Mehdi Hüseynzadə adına stadionun rəhbəri dəyişir? - İDDİA

Bütün xəbərlər
Bu gün, 12:35

Sumqayıtda küçələrin işıqlandırılması 623 min manata başa gələcək

İdman
Bu gün, 12:00

66 yaşlı sumqayıtlı cüdoçu Avropada yüksək yer tutdu

Bütün xəbərlər
Bu gün, 11:51

Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanıldı

Bütün xəbərlər
Bu gün, 11:25

Xəzər dənizində zəlzələ baş verib

Bütün xəbərlər
Bu gün, 11:01

Ceyranbatanda gənc oğlan bıçaqlandı - Şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:27

Bakı Metropolitenində iş saatı dəyişdirilir

Bütün xəbərlər
Bu gün, 09:59

Sumqayıt bulvarında gecə gəzintisinə çıxan "qonaqlar"

Bütün xəbərlər
Bu gün, 09:11

Dostuxanım Zülfüqarova dünyasını dəyişdi...

İdman
Dünən, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Dünən, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Dünən, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Bütün xəbərlər
Dünən, 16:15

Azərbaycanda bu məhsulların idxal gömrük rüsumu 20 dəfə artırılıb

Bütün xəbərlər
Dünən, 15:45

Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü

Oxşar xəbərlər