Sumqayıt Heydər Əliyev Mərkəzi ilə bağlı tender elan edilib. Sumqayıt24 bu haqda Fed.az-a istinadən xəbər verir.
Mədəniyyət Nazirliyinin elan etdiyi tender mərkəzdə layihə-smeta işlərinin satın alınması üzrədir. Sənədlərin son təqdim edilmə tarixi 5 avqust saat 17:00-a kimidir. İştirak haqqı 150 manat müəyyən edilib.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi Murad Əliyevlə əlaqə: (+994) 598-04-67