Sumqayıtda “Stresin idarə olunması” mövzusunda təlim keçirilib. Bu haqda 25 sentyabr tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
“Əsas Həyat Bacarıqları” proqramı çərçivəsində təşkil olunan seminar Heydər Əliyev Mərkəzində baş tutub.
İnteraktiv formada keçirilən təlimdə gənclərə stresi yaradan əsas səbəblər, bu vəziyyətdə tənəffüs texnikaları, stresin azaldılması və idarə olunması yolları izah olunub.