Sumqayıtda təhsilverənlərin sertifikatlaşması prosesi ilə bağlı görüş keçiriləcək. Bu haqda bu gün, 11 iyul tarixində Təhsil Nazirliyinə istinadən xəbər veririk.
Görüşlərdə sertifikatlaşma prosesinin təhsilin keyfiyyət göstəricilərinə təsiri və digər məsələlər barədə müzakirələr aparılacaq. Sonda müəllimləri maraqlandıran suallar cavablandırılacaq.
Görüşə qatılmaq istəyən ibtidai sinif müəllimləri iyulun 13-dək aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər:
//docs.google.com/forms/d/13FGyhrdoWQH4wzEH9_XPB4-BkOoNt6s35on0HWJ5L5s/edit