İcra başçısı “Mehdi Hüzeynzadə” stadionunda aparılan təmirlə tanış olub. Sumqayıt24 bu barədə 24 avqust tarixində DünyaTV-yə istinadən xəbər verir.
Görülən tamamlama işləri haqda Zakir Fərəcova məlumat verilib. Hazırda meydançanın ot örtüyünün qurulması istiqamətində yeraltı tikinti, həmçinin, stadionda ümumi rəngləmə və bəzəmə işləri görülür.
Stadionun 2 ay ərzində təhvil verilməsi nəzərdə tutulub.