Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar qəbulu keçirilib. Sumqayıt24 bu haqda 13 may tarixində xəbər verir.
H.Z. Tağıyev qəsəbəsində baş tutan görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib. Araşdırılmasına ehtiyac olan digər problemlərin həlli isə aidiyyəti qurumların rəhbərlərinə tapşırılıb.