Sumqayıtın icra başçısı Zakir Fərəcov səyyar qəbul keçirib. Bu haqda 19 may tarixində Sumqayıt24 xəbər verir.
Qəbul 11-ci mikrorayonda baş tutub. Görüşdə İH-nin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi şəhər rəhbəri tərəfindən yerindəcə həll edilib. Araşdırılmasına ehtiyac olan digər məsələlər operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq, nəzarətə götürülüb.