Qəzalı vəziyyətdə olan yataqxana ilə bağlı açıqlama verilib. Bu barədə Sumqayıt24 2 sentyabr tarixində xəbər verir.
Xəbər verdiyimiz kimi, 29-cu məhəllədə yerləşən bu yataqxana son dəfə sovet dövründə təmir olunub. 3 mərtəbəli tikilinin təhlükə mənbəyi olmasına baxmayaraq burada şəhid Əlizamin Mustafalının ailəsi və bir neçə digər ailə yaşayır.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, yataqxana ilə bağlı müvafiq sənədlər hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub. Müvafiq rəy əsasında o, təmir ediləcək və ya söküləcək.