Sumqayıtda küçə ticarəti ilə bağlı müşavirə keçirilib. Sumqayıt24 bu haqda 9 may tarixində xəbər verir.
İclasda İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, məsul şəxsləri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Şəhər rəhbəri bildirib ki, qanunsuz küçə ticarəti sakinlərin narazılıqlarına səbəb olur.
Müşavirədə qaldırılmış problemlərin həlli, piyada səkilərini zəbt edən, insanların və nəqliyyat vasitələrinin hərəkətinə mane olan, antisanitariya yaradan küçə ticarətinin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.