Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin sektor müdiri dünyasını dəyişib. Sumqayıt24 bu haqda 9 yanvar tarixində Den.az-a istinadən xəbər verir.
Məlumata görə, Əsgər Əmirəliyevin qəfil ürəyi dayanıb. Hazırda dəfn üçün tədbirlər görülür. Mərhumun nəşi oğlunun xaricdən gəlişindən sonra torpağa tapşırılacaq.
Qeyd edək ki, Ə. Əmirəliyev uzun müddətdir Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi olub. O, “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adına, “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb.