Sumqayıtda qazi Qəhrəman Ağacanov idman ictimaiyyəti nümayəndələri tərəfindən ziyarət olunub. Bu barədə 30 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Görüşdə Gənclər və İdman Baş İdarəsinin və 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin rəhbər işçiləri iştirak ediblər. Ziyarət zamanı qazinin keçdiyi döyüş yolundan, müzəffər ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlardan söz açılıb. Daha sonra isə ailənin qayğıları dinlənilib. [modula id="24142"]