Sumqayıtda uzun müddətdir sürücülərin narahatlığına səbəb olan yolun bərpasına başlanılıb.
Söhbət Heydər Əliyev prospektinin 21-ci məhəllədən keçən hissəsindən gedir. Yeraltı qaz xəttinin yenilənməsi ilə əlaqədar yol qazıldıqdan sonra ərazidə asfalt örtüyü iki aydan artıq bərpa edilmirdi.
Bu müddət ərzində yolun vəziyyəti sürücülərin hərəkətini çətinləşdirirdi.
Hazırda ərazidə asfalt örtüyünün bərpası işləri aparılır. Məlumata görə, işlərin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulur.
Mənbə: Şəmistan Fikrətli