Sumqayıtda binanın zirzəmisinin qapısının uzun müddətdir bağlı qalması narazılıq yaradıb.
Bu barədə Sumqayit24.az-a sakinlər məlumat veriblər.
Şikayətçilərin sözlərinə görə, 8-ci mikrorayonda yerləşən 27 saylı binanın 2-ci blokunun zirzəmisinin qapısına iki aydan çoxdur ki, qıfıl vurulub.
Vətəndaşlar bildiriblər ki, xüsusilə binada həşəratlara qarşı dezinfeksiya işləri aparılarkən zirzəminin bağlı olması problem yaradır və işlərin görülməsinə mane olur.
"Bəzi ağır əşyaları yuxarı mərtəbələrə qaldıra bilmədiyimiz üçün zirzəmidə saxlayırdıq. Lakin boruların dəyişdirilməsi adı ilə oranı boşaltdılar, qıfılı dəyişdilər və hazırda da zirzəmi 2 aydır ki, bağlıdır", - deyə sakinlər narazılıqlarını bildiriblər.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.