Sumqayıt şəhərində ikimərtəbəli evdə yanğın qeydə alınıb. Bu barədə 12 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
Ümumi sahəsi 120 kv.m olan 8 otaqlı evin dam örtüyünün taxta atmaları 40 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov FHN-in bölmələri tərəfindən söndürülüb.