Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində antisanitar vəziyyət yaranıb.
Sumqayit24.az-a müraciət edən sakinlərin sözlərinə görə, binanın önündə yerləşən zibil qabları aşıb-daşır, bütün ətraf isə məişət tullantıları və oradan axan su ilə doludur, ətrafı üfunət bürüyüb:
"Gördüyünüz kimi məhəlləmiz bərbad vəziyyətdədir. Ərazi uzun müddətdir ki, təmizlənmir. İnsanlar buradan keçməyə belə iyrənirlər".