Sumqayıtda 1 saylı şəhər poliklinikasında növbə qaydalarının pozulması ilə bağlı vətəndaş narazılığı yaranıb.
Vətəndaşın iddiasına görə, tibb müəssisəsində qeydiyyatçı işləyən xanım sürücülük vəsiqəsi almaq üçün tələb olunan sağlamlıq haqqında tibbi sənədə möhür vurdurmaq istəyən öz qohumuna növbədənkənar xidmət göstərilməsinə şərait yaradıb.
"İki-üç saata qədər növbə gözləmişik, amma qeydiyyatçı xanım öz qohumlarını növbədənkənar içəri buraxırdı", - deyə şikayətçi bildirib.
Qeydiyyatçı növbəsiz keçirdiyi şəxsin qardaşı olduğunu bildirib.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, yayılan videogörüntülərlə bağlı araşdırma aparılır.
Mənbə: Oxu.az