Anar Bayramov səhiyyə naziri təyin edilib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb.
Məlumat üçün bildirək ki, A.Bayramov bu təyinata qədər TƏBİB-in icraçı direktoru olub.
Qeyd edək ki, dövlət başçısının Fərmanına əsasən TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Səhiyyə naziri Teymur Musayev vəzifəsindən azad edilərək, Baş nazirin müavini təyin edilib.