Sumqayıtın bəzi ərazilərində məişət tullantıları ilə bağlı problem sakinlərin narazılığına səbəb olub.
Məlumata görə, zibil qutularının olmaması və tullantıların vaxtında daşınmaması müxtəlif problemlər yaradır. Belə ki, bəzi ərazilərdə tullantılar günlərlə evlərin qarşısında qalır, digər yerlərdə isə boş sahələr zibilliyə çevrilir.
Qeyd olunub ki, Səttar Bəhlulzadə küçəsində zibil qutuları olmadığı üçün sakinlər məişət tullantılarını evlərin qarşısına yığırlar. Həmçinin tullantıların daşınmasında gecikmələrin olduğu bildirilir.
Təbriz küçəsində isə məişət tullantılarının boş əraziyə atıldığı qeyd olunur.
Məsələ ilə bağlı ətraflı ATV-nin süjetində.