Saray qəsəbəsində sakinlərin şikayətindən sonra küçələrdən birində işıqlandırma işləri həyata keçirilib.
Sumqayit24.az-a bu barədə yerli sakinlər məlumat veriblər.
Bildirilib ki, Vəzir Orucov küçəsində, 3 nömrəli məktəbə gedən yolda küçə işıqlandırılması təmin edilib.
Qeyd edək ki, redaksiyamız sentyabrın 28-də sözügedən ərazidə işıq dirəklərinin olmasına baxmayaraq, küçənin işıqlandırılmaması ilə bağlı sakinlərin şikayətini işıqlandırıb.