Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivində yaşayan sakinlər aylardır susuzluqdan əziyyət çəkirlər.
Sakinlərin sözlərinə əsasən, problem yaz aylarından etibarən davam edir.
Məlumata görə, günün əksər saatlarında su ya verilmir, ya da çox aşağı təzyiqlə gəlir. Bu səbəbdən binanın yuxarı mərtəbələrində yerləşən mənzillərə su çatmır. Belə vəziyyət isə sakinlərin gündəlik həyatını çətinləşdirir.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, həmin ərazidə keçən su xəttində qəza baş verdiyi üçün suyun təzyiqi aşağı salınıb:
"Sakinlərin müraciəti əsasında dəqiqləşdirilmə aparıldıqdan sonra problem istismar qaydalarına uyğun olaraq aradan qaldırılacaq".
Qeyd edək ki, sözügedən problemlə bağlı iyulun 29-da Sumqayit24.az şikayət işıqlandırıb.
Video: ATV