Sumqayıtda İT siniflərə qəbul imtahanında uğur qazana bilməyən şagirdlər üçün ikinci dəfə imtahan təşkil edilib. Bu barədə 13 avqust tarixində Abşeron-Xızı Təhsil İdarəsinə istinadən xəbər veririk.
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində təşkil olunan imtahan 28 nömrəli tam orta məktəbdə baş tutub. Sözügedən layihənin informatika təmayüllü siniflərində oxuyan şagirdlər proqramlaşdırma dilləri üzrə praktiki bacarıqlar qazanmaq imkanı əldə edəcəklər. Burada şagirdlərə Python, alqoritmlər və verilənlər strukturu, oyun dizaynı, şəhər mühitinin veb-dizayn və layihələndirilməsi kimi sahələrin öyrədilməsi nəzərdə tutulub. İnformatika fənni üzrə dərslər həftədə 5 dəfə tədris ediləcək.