Sumqayıtda iti öldürən şəxs cəzalandırılıb. Sumqayıt24 bu haqda 19 iyul tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Görüntülər yayıldıqdan sonra 4-cü polis bölməsinin əməkdaşları araşdırma aparıblar. Həmin kişi - Yavər Hüseynov barəsində inzibati protokol tərtib olunub. Protokol Sumqayıt Regional Ekologiya İdarəsinə təqdim edilib və qanun pozucusu cərimələnib.