Sumqayıtda dəmir parçası ilə döyülən qadın ölüb.
Sumqayit24.az xəbər verir ki, hadisə yanvarın 5-də Xəzər bağlarında baş verib. 42 yaşlı Mikayıl Şərifov münaqişə zamanı qonşusu, 67 yaşlı Mehparə Ələkbərovaya kərki ilə xəsarət yetirib.
Qapalı kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilən qadın bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Araşdırma aparılır.