Sumqayıtda avtobusların birində xoşagəlməz hal yaşanıb. Sumqayıt24 bu haqda 1 iyul tarixində Avtosfer.az-a istinadən xəbər verir.
Videoda göründüyü kimi, orta yaşlı kişi ayaqlarını qaldıraraq nəqliyyat vasitəsinin tutacağına qoyub. Şahidlər bildirirlər ki, o, yolboyu belə formada oturub və öz-özünə danışıb.
Sərnişinin davranışı sosial şəbəkədə qınaq obyektinə çevrilib. Bir qisim onun ruhi xəstə olduğunu iddia edir.
[video width="720" height="576" mp4="https://sumqayit24.az/storage/photos/2024/07/1719826209.mp4"][/video]