Sumqayıtda “Yayı kitabla keçirək” layihəsi çərçivəsində kitabxanaya yeni üzv olan oxucuların görüşü keçirilib. Bu barədə 17 avqust tarixində Sumqayıt MKS-yə istinadən xəbər veririk.
Tədbir Nizami Gəncəvi adına Kitabxana Klubunda baş tutub. Əvvəlcə kitabxana əməkdaşı Səadət Allahverdiyeva oxuculara kitabxana və kitab oxumaq qaydaları haqqında məlumat verərək mütaliənin faydaları haqqında danışıb.
Sonra daimi oxucular yeni üzv olanlara oxuduqları kitablar haqqında məlumat veriblər.