Sumqayıtda “İlkin zəruri kapital” mövzusunda onlayn təlim keçirilib. Bu barədə 26 avqust tarixində KOB İnkişaf Mərkəzinə istinadən xəbər veririk.
Seminarda KOBİM-in eksperti tərəfindən biznesdə ilkin zəruri kapital və onun idarə olunması, dövriyyənin genişləndirilməsi barədə məlumat verilib. 13 sahibkarın iştirak etdiyi təlimdə investisiyanın cəlb edilməsi üsulları, nizamnamə kapitalı və gəlir mənbələrinin yaradılması üsullarından danışılıb.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.