Sumqayıtda “Maliyyənin idarə olunması” mövzusunda təlim keçirilib. Bu barədə 23 avqust tarixində KOB İnkişaf Mərkəzinə istinadən xəbər veririk.
Seminarda KOBİM-in eksperti tərəfindən iştirakçılara sabit, dəyişən xərclər, pul axını modeli və amortizasiya xərcləri barədə məlumat verilib. 7 sahibkarın iştirak etdiyi təlimdə gəlir və xərclər planı, ştat cədvəli, tədarük xərcləri və maliyyə savadlılığının biznesdə əhəmiyyətindən danışılıb. Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.