Sumqayıt Gənclər Evinin könüllüsü dama yarışında iştirak edib. Bu haqda 9 may tarixində Sumqayıt24 xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş yarış 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi könüllülərinin təşkilatçılığı ilə reallaşıb. Turnirdə iştirak edən könüllü Vaqif Zaidov 1-ci yeri tutub. O, sertifikatla təltif edilib.