Sumqayıtın Tarixi Muzeyində mədəniyyət işçiləri üçün vikipediya təlimləri keçirilib. Bu barədə 19 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Təlimlər “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin dəstəyi ilə “Azərbaycan Vikimedia Könüllüləri” İB tərəfindən təşkil edilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev qonaqlara tədbir haqqında ətraflı məlumat təqdim edib.
Sonra “Azərbaycan Vikimedia Könüllüləri” İB-nin inzibatçısı Toğrul Rəhimli tərəfindən Azərbaycan vikipediyasının tarixi, vikipediyada məqalə yaratmaq, mövcud məqalələri redaktə etmək, təkmilləşdirmək, fotoşəkillər yükləmək qaydalarını iştirakçılara izah edib.
Təlim-seminarda Sumqayıt, Qubadlı, Şuşa və Zəngilan Tarix-Diyarşünaslıq Muzeylərinin və Mərkəzi Kitabxana Sistemlərinin, həmçinin Rəsm Qalereyasının əməkdaşları iştirak ediblər. Sonda 9 mədəniyyət müəssisəsindən 20 əməkdaşa sertifikat təqdim edilib.