Sumqayıt şəhər 22 nömrəli məktəbində maarifləndirici tədbir keçirilib. Bu haqda 9 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Tədbir "Qızılca xıstəliyindən qorunmanın ən effektiv yolu vaksinasiyadır!" mövzusuna həsr edilib. Tədris ocağının həkimi Fərqanə Hüseynova 8-ci sinif şagirdlərinə infeksion xəstəliyin profilaktikası barədə ətraflı danışıb, eləcə də məktəblilərə şəxsi gigiyenaya xüsusi diqqət verməyi tövsiyə edib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.