Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qeydiyyat prosesində qeydiyyat mərkəzləri yaradılıb. Bu haqda 12 iyul tarixində Sumqayıt24 xəbər verir.
11 iyul saat 11:00-dan etibarən 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı qeydiyyat prosesinə start verilib. Qeydiyyat prosesində valideynlərə kömək məqsədilə alternativ qeydiyyat mərkəzi yaradılıb. Mərkəzlərdən biri Saray qəsəbə 3 nömrəli məktəbdə fəaliyyət göstərir. Valideynlərə (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.
Eyni zamanda valideynlər Sumqayıt “ASAN xidmət” mərkəzlərində də ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulunda qeydiyyatla bağlı fəaliyyət göstərən təhsil xidmətindən yararlana bilərlər.
Bundan əlavə, qeydiyyatla bağlı suallar yaranarsa, Abşeron–Xızı Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin "146-0-1" nömrəli telefonuna zəng etmək mümkündür.
Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.