Sumqayıt Tibb Mərkəzi (STM) sağlam həyat tərzinin təbliğinə başlayıb. Sumqayıt24 bu haqda 19 oktyabr tarixində xəbər verir.
3 və 4 nömrəli ailə sağlamlıq mərkəzləri Sumqayıt şəhər 27 və 17 nömrəli məktəblərində tədbirlər keçirib. Burada ailə həkimi, pediatrlar Sənan Bəşirov və Nərmin Əmirova şagirdlərə sağlam qidalanmanın vacibliyi və əhəmiyyətindən danışıblar.
Hazır qidalar və konservantların ziyanı və təhlükəsi, qida rejiminin vacibliyi və gün ərzində üç dəfə sağlam qidalanmağın xeyri izah olunub.
Meyvə-tərəvəz və süd məhsullarının insan orqanizmi üçün faydaları və tərkibində olan vitaminlərdən söz açılıb. Orqanizmdə suyun əhəmiyyəti və faydaları, gün ərzində hansı miqdarda qəbul olunması diqqətə çatdırılıb.
Sonda şagirdlərin sualları cavablandırılıb.