Sumqayıt Gənclər evində “kubik-rubik” yarışı baş tutacaq. Bu haqda 12 oktyabr tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
“İctimai fəal məktəb – sosial məsuliyyətli şagird” layihəsi çərçivəsində 21-22 oktyabr tarixlərində saat 12:00-15:00 aralığında “kubik-rubik”lə bağlı 2 günlük təlim, 28 oktyabr saat 12:00-da isə yarış keçiriləcək.
Təlim və yarış şəhərdə yerləşən ümumtəhsil müəssisələrinin şagirdləri üçün nəzərdə tutulub.
Tədbirdə iştirak etmək istəyənlər 18 oktyabr tarixinədək link vasitəsilə qeydiyyatdan keçə bilərlər.