Sumqayıt tədris ocağının şagirdləri beynəlxalq müsabiqədə iştirak ediblər. Bu haqda 19 may tarixində Sumqayıt24 Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri “Deutschland Music Grandprix” adlı I vokal-instrumental müsabiqəsində uğurlar qazanıblar.
Fortepiano sinfində təhsil alan Tacnur Allahverdiyeva I, Aylin Yusifli II və Cəmilə Muxtarova III, Skripka sinfində təhsil alan Gülçiçək Əlizadə III yerə layiq görülüblər.
Şagirdləri müsabiqəyə hazırlayan müəllimlər Arzu Məmmədova və Mailə Zeynalova “Təşəkkürnamə” ilə təltif olunublar.