Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğurlar qazanıblar. Sumqayıt24 bu haqda 20 may tarixində xəbər verir.
“Deutscland Music Grandprix” adlı I vokal-instrumental müsabiqəsində iştirak edən tədris ocağının fortepiano sinfində təhsil alan Tacnur Allahverdiyeva I, Aylin Yusifli II və Cəmilə Muxtarova III, skripka sinfində təhsil alan Gülçiçək Əlizadə III yerə layiq görülüblər.
Şagirdləri müsabiqəyə hazırlayan müəllimlər Arzu Məmmədova və Mailə Zeynalova “Təşəkkürnamə” ilə təltif olunublar.