Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbinin şagirdi yaradıcılıq müsabiqəsində iştirak edib. Bu haqda 29 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Fövqəladə hallar uşaqların gözü ilə” XI Respublika uşaq yaradıcılıq müsabiqəsi baş tutub.
Tədris ocağının 8a sinif şagirdi Nərmin Istamova “Rəsm” nominasiyası üzrə 2-ci yerə layiq görülüb. Məktəbliyə Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunub.