Sumqayıtda piyadanın ölümü ilə nəticələnən qəza təhlükəsizlik kamerasına düşüb. Bu haqda 14 may tarixində Sumqayıt24 xəbər verir.
Xəbər verdiyimiz kimi, hadisə mayın 11-də C. Cabbarlı küçəsində baş verib. 18 yaşlı Aydan Həbibovanı “Chevrolet Cruze” markalı avtomobil vurub.
A. Həbibova 25 nömrəli məktəbin 11-ci sinif şagirdi idi. O, ötən ay keçirilən buraxılış imtahanında 227 bal toplamışdı.