Sumqayıtda vətəndaş mənzildə köməksiz vəziyyətdə qalıb. Bu haqda 22 may tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-in "112" qaynar xəttinə sakinin mənzildə bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbiri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.