Azərbaycan prospektinin bir hissəsi bağlı olacaq. Bu barədə 20 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Sürücülər yaxın bir neçə gün ərzində küçənin İcra Hakimiyyəti binasının önündən keçən hissəsindən istifadə edə bilməyəcəklər. Məhdudiyyət aparılan təmir və abadlıq işləri ilə əlaqədardır. Yol hər gün saat 16:00-dan gecə saatlarınadək bağlı qalacaq.
Lakin qeyd olunan saata qədər yol sürücülərin istifadəsi üçün açıq olacaq.