Sumqayıtda yeniyetmə itkin düşüb. Bu haqda 27 dekabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Hadisə dekabrın 26-da 9-cu mikrorayon ərazisində baş verib. 14 yaşlı Aylin Hüseynova təhsil aldığı fərdi hazırlıq kursundan çıxaraq naməlum istiqamətə gedib.
Faktla bağlı polis məlumatlandırılıb.