top
Məşhur bəstəkar-aranjmançı: “Birinci gərək “Allahın konservatoriyasını bitirəsən” – ÖZƏL MÜSAHİBƏ
27 noyabr 2024, 06:30
- +

Məşhur bəstəkar-aranjmançı: “Birinci gərək “Allahın konservatoriyasını bitirəsən” – ÖZƏL MÜSAHİBƏ

Bəstəkarlar, musiqi əsərləri yaradan və yazan şəxslərdir. Onlar, musiqi alətləri və ya vokal üçün müxtəlif janrlarda kompozisiyalar yaradır, həmçinin musiqinin ritmik, melodik və harmonik strukturunu təşkil edirlər. Bəstəkarlar müxtəlif dövrlərdə, mədəniyyətlərdə və musiqi üslublarında fəaliyyət göstəriblər.

Bəstəkarların bəstələdiyi əsərlər, çox vaxt dərin ifadə və bədii düşüncə ilə əlaqələndirilir. Onlar həm klassik musiqi janrlarında, həm də müasir musiqi üslublarında, məsələn, caz, rok, pop, və ya elektron musiqi sahələrində fəaliyyət göstərə bilərlər.

Bəstəkarlar musiqinin inkişafında əvəzsiz rol oynayır və musiqi mədəniyyətinə verdikləri töhfələr dövrümüzə qədər davam edir. Onlardan biri də bəstəkar Mahir Tahir oğlu Abdullayevdir.

Sumqayit24.az-ın əməkdaşı bəstəkar ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Mahir bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- Mən 1964-cü ildə avqustun 22-də Sumqayıt şəhərində anadan olmuşam.

-  Bəstəkarlıq yoluna necə başladınız? Həmin dövrdə sizi motivasiya edən nə idi?

- Uşaqlıqdan musiqiyə həddindən artıq həvəsim olub. Mənim dayım qarmon ifaçısı idi. Rayona gedəndə hər zaman qulaq asırdım. Daha sonra gedib, qarmonu götürüb ifa etməyə, səs çıxarmağa çalışırdım. Qarmonu güclə qucağımda tuturdum. Nə eşidirdimsə, tətbiq edirdim. Dayım görürdü ki, eşitdiyimi ifa edə bilirəm. Allahın verdiyi istedad idi. Yaşa dolduqca hiss edib, başa düşürsən.

- Musiqi təhsiliniz varmı?

- Ailəm məni musiqi məktəbinə yazdırdı. 5 il oxudum. 2-3-cu sinifdə müəllim artıq mahnını ilk mənə öyrədirdi, sonra deyirdi ki, sən bunlara öyrət. Müəllim harasa çıxanda mənə tapşırırdı ki, uşaqlara öyrət.

Birinci gərək “Allahın konservatoriyasını bitirəsən”. Sonra isə adi konservatoriyadan məzun olasan. Çünki istedad olmasa, konservatoriyada oxusan belə, yaxşı musiqiçi ola bilməzsən. Məktəbi bitirdikdən sonra mənə instrumental alət aldılar. Orta məktəbdə oxuyanda toylara gedirdim.

Daha sonra mahnı yazmağa başladım. İmprovizə etdim. 40 il keçib. Mən qarmon çalanda Aftandil İsrafilova qulaq asırdım. O mənim kumirim idi. Sən özün də bilmədən bütün musiqiləri dinləyib, hərədən bir şey öyrənirsən. Bütün bəstəkarlar belə edir. Orta musiqi məktəbində qarmon sinfini bitirmişəm.

- Daha çox hansı janrlara üstünlük verirsiniz?

- Mən həm bəstəkarlıq, həm də aranjmanla məşğul oluram.

Bütün janrlarda bəstələmişəm. İki il hərbi orkestrda çıxış etmişəm. Uşaqlıdan caz rok janrına həvəsim olub.

- Bir kompozisiya üzərində işləyərkən hansı prosesdən keçir və hansı mərhələlərə bölünür?

- Kompozisiyanı işləyəndə baxır hansı janrda aranjiman edib və ya yazırsan. Bir mahnını yazanda əvvəlcədən hansı janrda olacağını fikirləşirəm. Hər musiqinin özünün janrı var. Hər janrın da özünün çalğı metodikası var. Mahnı yazanda şeirin içində özümü hiss edirəm. Hiss etməsən, mahnı yaxşı alınmaz. Mahnını bəstələsən, əgər içində hissiyyat olmasa, samballı əsər alınmaz.

- Sizin üçün musiqinin ən vacib elementləri hansılardır?

- Hər üçü əsasdır. Üçündən biri olmasa, musiqidən musiqi olmur. Onun harmoniyası, ritmi, melodiyası olmalıdır. Melodiya olmasa, musiqi yaşaya bilməz. Bunların hamısı olmalıdır ki, melodiya olsun və yaşaya bilsin.

- İlham mənbəyiniz nədir? Həyatınızda və ya ətrafınızdakı hansı hadisələr musiqinizə ilham verir?

- Təbiət haqqında mahnı yazıramsa, təbiətdən güc alıram, hiss edirəm. Vətəndən yazıramsa, vətəndən güc alıram. Özümü vətənpərvər hiss etməliyəm. Məni ilhama gətirən birinci sözlərdir. Söz əsasdır. Ailəmizdən də bəzən ilham almışıq.

- Bəstələdiyiniz əsərlərdən hansını ən çox bəyənirsiniz və nə üçün?

- Mənim üçün hamısı əzizdir. Bütün bəstələrinə böyük hörmətim var. 2000-ci il ilə 2015-ci ildə bəstələdiyim musiqi eyni deyil, səviyyəcə fərqlənir. İnsan yaşa dolduqca müdirikləşir.

- Bəstələdiyiniz əsərləri təqdim etdikdə hansı reaksiyaları alırsınız? Bu reaksiyalar sizin işinizə necə təsir edir?

- Mahnılarımın 70 faizi Azərbaycan televiziyalarında səslənib. Qürur hissi keçirmişəm. Elə bəstəm var idi ki, böyük səhnələrdə ilin musiqisi kimi təqdim edilib. Həmin an qürur hissi keçirdim.

- Musiqi ilə əlaqədar gələcək planlarınız və layihələriniz haqqında bizə məlumat verə bilərsinizmi?

- Moskvada olsam da ölkəmdəki məşhur müğənnilərlə də çalışıram. İranda yaşayan azərbaycanlı müğənnilərlə də çalışıram. Mahnılarını aranjman edirəm.

- Əsərlərinizin özünəməxsusluğu barədə nə düşünürsünüz? Hansı xüsusiyyətlər sizi digər bəstəkarlardan fərqləndirir?

- Bütün bəstəkarlara böyük hörmətim var, doğmalarımdır. Hər biri ilə yaxşı münasibətim var. Onlar kimi mənim də dəsti-xəttim var. Mahnı səslənəndə artıq bilirlər ki, bunu Mahir Tahiroğlu yazıb. Mənim gördüyüm işlər seçilir.

- Gələcəkdə hansı böyük musiqi layihələrini həyata keçirmək istəyirsiniz?

- Hazırda böyük musiqi layihəm yoxdur. Ola bilsin ki, gələcəkdə olsun.  Moskvada Alla Ritlə çalışıram. Onun janrına uyğun mahnılar aranjman edirəm.

- Sonda Sumqayıtla bağlı xatirənizdən danışmağınızı istərdim.

- Mənim uşaqlığım, gəncliyim Sumqayıtda keçib. Ora mənim üçün doğmadır. 10 ildir ki, Moskvadayam. Sumqayıta gəlib-gedirəm. Həyatım Sumqayıtla bağlıdır.

Nəzrin Vahid

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:58

SDU-da "SmarTech-I" müsabiqəsinin finalı keçirildi

Bütün xəbərlər
Dünən, 17:18

Təmizlənir, amma yenə zibillənir: Sumqayıtda sakinlərdən sərt təklif

Bütün xəbərlər
Dünən, 16:10

Sumqayıtda istirahət günü 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Birinci sinfə elektron qəbul yenidən BAŞLAYIR

Bütün xəbərlər
Dünən, 15:15

Həyəti su basdı, ərazini üfunət bürüdü - Sumqayıtda qəza

Bütün xəbərlər
Dünən, 14:21

Zakir Fərəcov SDU-nun tədris korpusundakı təmir işləri ilə tanış oldu

İdman
Dünən, 13:44

"Sumqayıt" doğma meydanına bu tarixdə qayıdacaq - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:05

"Sumqayıt" bu gün meydana çıxır - rəqib "Şamaxı"

Bütün xəbərlər
Dünən, 12:30

35 il çörək daşıyan Novxanı sakini: "Çörəyin qədrini bu peşə öyrətdi"

Bütün xəbərlər
Dünən, 11:41

Məşhur həkim Sumqayıtda yaşadığı günləri xatırladı

İdman
Dünən, 10:45

"Sumqayıt" Mamadi Banqreni transfer etdi - RƏSMİ

Bütün xəbərlər
Dünən, 10:12

Sumqayıtda məktəbin yanında ürəkbulandıran vəziyyət

Bütün xəbərlər
Dünən, 09:18

İlk baxışdan səhraya bənzəyən ərazi Sumqayıtda stadion imiş...

Bütün xəbərlər
11 sentyabr 2026, 18:15

Adı dünyanın 7 nüfuzlu universitetinin qəbul siyahısında olan sumqayıtlının uğur hekayəsi

Bütün xəbərlər
11 sentyabr 2026, 17:47

"İşləmək imkanlı olmaq demək deyil" – təhsil kreditləri ilə bağlı yeni təklif

Bütün xəbərlər
11 sentyabr 2026, 17:15

Kanalizasiya problemi, dözülməz şərait, çarəsiz Sumqayıt sakinləri

Bütün xəbərlər
11 sentyabr 2026, 16:45

Sumqayıtda "ağıllı su şəbəkələri" tətbiq olunacaq

Bütün xəbərlər
11 sentyabr 2026, 16:15

Ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb

Bütün xəbərlər
11 sentyabr 2026, 15:45

"İnandır və qalib gəl" – Sumqayıtlı gənclər üçün yeni yarış

İdman
11 sentyabr 2026, 15:15

Burkina Faso yığmasının vingeri "Sumqayıt"a gəlir?

Bütün xəbərlər
11 sentyabr 2026, 14:45

17-ci mikrorayonda sakinlər susuz qaldı - Qurumdan açıqlama

Bütün xəbərlər
11 sentyabr 2026, 14:15

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
11 sentyabr 2026, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Bütün xəbərlər
11 sentyabr 2026, 13:15

SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Oxşar xəbərlər