top
Məşhur sahibkarla bağlı MƏHKƏMƏNİN QƏRARI
20 fevral 2025, 02:05
- ↺ +

Məşhur sahibkarla bağlı MƏHKƏMƏNİN QƏRARI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Saxta və yararsız yuyucu vasitələr, şampun, maye sabun və digər məhsulların istehsalında təqsirli bilinən müəssisə rəhbəri Rövşən İsmayılovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, fiziki şəxs kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan R. İsmayılov “Era”, “Eko”, “Təmiz”, “Alfa” yuyucu vasitələri, “Herbal”, “Jolie”, “Payt”, “Spark” nişanlı saç şampunu, “Subrina” nişanlı duş geli, “Lux”, “Aysberq”, “Lux Era” nişanlı maye sabun və digər məhsulların saxta və yararsız istehsalında təqsirli bilinib. Barəsində Cinayət Məcəlləsinin 200.2.3 və 29,200.2.3 maddələri ilə cinayət işi açılan sahibkar ümumilikdə 232.750 manat dəyərində keyfiyyətsiz mal satıb, istehlakçıları aldadmaqda ittiham edilib. Həmin məhsullar müvafiq müqavilələr əsasında Bakı, Sumqayıt və ölkənin rayonlarda fəaliyyət göstərən iri ticarət obyektlərinə və marketlərə satılıb.

Rövşən İsmayılov məhkəmədə özünü təqsirli bilməyib. Məhkəmənin qərarı ilə iş adamı 1 il 6 ay müddətində dövlət, yerli özünüidarəetmə orqanlarında və kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilib, 8000 manat cərimə olunub. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökmü çıxarılıb.

Həmçinin müxtəlif ünvanlarda aşkar edilmiş külli miqdarda istifadə müddəti bitmiş məhsulun məhv edilməsinə qərar verilib. Maddi sübut olan və Baş Prokurorluğun Azərbaycan Beynəlxalq Bankında olan depozit seyfində saxlanılan Rövşən İsmayılova məxsus 48618 manat, 46198 dollar, 1225 avro, 95 ingilis funt-sterlinqi, 45000 İran rialı, 5 dinar, 1000 rus rublu dövlət nəfinə müsadirə edilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, Rövşən İsmayılova Cinayət Məcəlləsinin 200.2.3, 308.2 maddələri üzrə bəraət verilib, CM 29, 200.2.3-cü maddələri üzrə birinci instansiya məhkəməsinin hökmü qismən ləğv olub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:30

"Qurd dərəsi"ndə yağış sakinlər üçün əsl sınağa çevrilir

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtda pensiyalar bu tarixdə ödəniləcək

Bütün xəbərlər
Bu gün, 12:25

Sumqayıtda Zəfər Günündə konsert keçiriləcək?

Bütün xəbərlər
Bu gün, 11:31

Azərbaycanda dəfn pulu artırılır - YENİ MƏBLƏĞLƏR

Bütün xəbərlər
Bu gün, 11:11

Uşağın doğulmasına 1500 manat veriləcək

Kriminal
Bu gün, 10:50

3 uşaq anasını öldürən kənd mollasına Sumqayıt məhkəməsindən AĞIR CƏZA

Bütün xəbərlər
Bu gün, 10:15

Polis dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət etdi

İdman
Bu gün, 09:45

UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq"lə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 09:10

Sumqayıtda ağır qəza - şahid danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 39-cu günü: XRONİKA

İdman
Dünən, 18:51

Sumqayıtlı karateçi Avropa çempionu oldu

Bütün xəbərlər
Dünən, 18:35

STM-in direktor əvəzi: "Xilas etdiyimi əsgərin şəhid olması xəbərini eşitmək çox ağırdır"

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıt məktəblilərindən olimpiadada yüksək nəticə

Bütün xəbərlər
Dünən, 17:58

Novxanılı milyonçu kabinetə müğənni çağırdı, oriental rəqs tələb etdi - TƏFƏRRÜAT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtın sərnişin avtobusunda tüstülənmə - İDDİA

Bütün xəbərlər
Dünən, 17:39

Sumqayıtdakı kanalizasiya problemi ilə bağlı açıqlama

Bütün xəbərlər
Dünən, 17:20

Sumqayıtda yeni uşaq bağçası açılır – qəbul başladı

Bütün xəbərlər
Dünən, 16:56

Sumqayıtda daşan su kanalında problem həll edildi

Bütün xəbərlər
Dünən, 16:51

Rüfət Nasosnu "od püskürdü": "Bu özbaşınalığa son qoyulsun"

İdman
Dünən, 16:15

Sumqayıtdan Avropa zirvəsinə yüksələn pəhləvan – Murad Məmmədov

Bütün xəbərlər
Dünən, 15:40

Telefonlar da POS-terminal statusu alacaq

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda sabah 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Bütün xəbərlər
Dünən, 14:11

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Oxşar xəbərlər