Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq.
Sumqayit24.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mayın 25-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.