Sumqayıt... Bu şəhər təkcə sənayesi ilə deyil, həm də yetişdirdiyi istedadlı insanlarla tanınır. Azərbaycanı müxtəlif sahələrdə layiqincə təmsil edən, uğurları ilə insanların rəğbətini qazanan bu məşhur simaların ortaq cəhəti var — onların hər birinin həyat yolu Sumqayıtla bağlıdır.
Namiq Məna — 1 noyabr 1971-ci ildə Sumqayıtda anadan olub. Əsl adı Namiq Həsən oğlu Əliyevdir. Azərbaycanın tanınmış meyxanaçısı və bədihəçi şairidir.
Ələkbər Əliyev — 15 aprel 1957-ci ildə Sumqayıtda anadan olub. Meyxanaçı Namiq Mənanın qardaşıdır. 2013-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Murad Arif — 27 sentyabr 1981-ci ildə Sumqayıtda anadan olub. Müğənni, bəstəkar, musiqi prodüseri, şoumen və jurnalist kimi tanınır.
Damla — 4 fevral 1988-ci ildə Sumqayıtda anadan olub. Əsl adı Məsumə Qərib qızı Məmmədovadır. Azərbaycanlı pop və estrada müğənnisi, həmçinin aktrisadır.
Elman — 18 noyabr 1993-cü ildə Sumqayıtda anadan olub. Əsl adı Elman Elman oğlu Zeynalovdur. Rusiyada fəaliyyət göstərən azərbaycanlı ifaçıdır. Uşaq yaşlarında ailəsi ilə birlikdə Rostov-na-Donu şəhərinə köçüb.