Sumqayıtda zəncirvari qəza baş verib.
Sumqayit24.az xəbər verir ki, ötən gün Sülh prospektində hərəkətdə olan "Fiat, "Chevrolet", "Hyundai", "Mercedes" markalı minik avtomobilləri və "Ford" markalı yük avtomobili bir-biri ilə toqquşub.
Nəticədə nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.